Birinci vitse-prezident Mehriban Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bir illik
əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Birinci vitse-prezidentin bununla bağlı müraciətində deyilir:
“Əziz həmvətənlər!
Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə
tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə
Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən bütün təşkilatlara, şirkətlərə,
fiziki və hüquqi şəxslərə dərin minnətdarlığımı bildirirəm.
Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni
zamanda, xalqımızın birliyinin, həmrəyliyinin göstəricisidir. Sizin ölkəmizin üzləşdiyi bu
problemə biganə yanaşmamağınız və Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin çağırışına qoşulmağınız çox yüksək qiymətə layiq addımdır və müasir
Azərbaycan cəmiyyətində mərhəmət və şəfqət kimi hisslərin mövcudluğundan xəbər
verir.
Azərbaycan vətəndaşının sağlamlığının qorunması naminə mən də bu təşəbbüsə
qoşuluram və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bir illik
əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edirəm.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən hər
kəsə bir daha təşəkkür edirəm və bütün həmvətənlərimizi həmrəylik, vətəndaş
məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə
və tələblərinə ciddi riayət etməyə çağırıram.
Dərin hörmətlə,
MEHRİBAN”