Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək
dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan
Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə
və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər
haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ
koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında
baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə,
ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması
ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il
dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb.