Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 milyon manat ayrılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında koronavirus infeksiyasına qarşı
həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna
vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və
onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə
Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin
ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon
manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin etmək tapşırılıb.