Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini
Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının
qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə
dəstəyini təmin etmək məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna
fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.
Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o
cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan
işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb
müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının
gücləndirilməsinə yönəldiləcək.